...

Türkiyə bərpa olunan enerji mənbələrinə 1 milyard dollar sərmayə qoyur

Dünya xəbərləri Materials 25 İyul 2017 06:44 (UTC +04:00)
Türkiyə bərpa olunan enerji mənbələrinə 1 milyard dollar sərmayə qoymağı planlaşdırır
Türkiyə bərpa olunan enerji mənbələrinə 1 milyard dollar sərmayə qoyur

Bakı. Trend:

Türkiyə bərpa olunan enerji mənbələrinə 1 milyard dollar sərmayə qoymağı planlaşdırır. Trend-in məlumatına görə, bunu Türkiyənin energetika və təbii resurslar naziri Berat Albayrak deyib.

Onun sözlərinə görə, bu məsələ ilə əlaqədar tender keçiriləcək: "Tenderdə külək elektrik stansiyalarının tikintisi sahəsində dünyanın aparıcı şirkətləri iştirak edəcəklər".

Nazir qeyd edib ki, yeni elektrik stansiyaları Türkiyənin enerji təhlükəsizliyini artıracaq, digər ölkələrdən isə onun asılılığını azaldacaqlar.

Albayrak həmçinin vurğuladı ki, bərpa olunan enerji mənbələrinin yeni layihəsi təxminən 3 750 insanı işlə təmin edəcək.

Külək elektrik stansiyaları paytaxt Ankara daxil olmaqla, Türkiyənin beş regionunda yerləşəcək, - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti