...

Fransada meşə yanğınları yaşayış məntəqələrinə çatdı - 10 min adam təxliyə edildi

Dünya xəbərləri Materials 26 İyul 2017 10:52 (UTC +04:00)
Ötən gün Fransanın cənub-şərq ərazilərinda başlayan güclü yanğınlar gecə saatlarında yaşayış məntəqələrinə doğru irəliləyib.
Fransada meşə yanğınları yaşayış məntəqələrinə çatdı - 10 min adam təxliyə edildi

Bakı. Trend:

Ötən gün Fransanın cənub-şərq ərazilərinda başlayan güclü yanğınlar gecə saatlarında yaşayış məntəqələrinə doğru irəliləyib. Trend-in məlumatına görə, yanğınlar Var departamentində Lond-le-Mor və Kap Benat yaşayış məntəqələrini təhlükə altında qoyub. Bu səbəbdən təxminən 10 min adam təxliyə olunub.

Son məlumata görə, yanğın əksəriyyəti meşə ərazisi olmaqla artıq 400 hektar sahəni əhatə edib.

Var departamentində yanğınların söndürülməsi zamanl 4 yanğınsöndürən xəsarət alıb. Onlar yüngül yanıq xəsarətləri ilə xəsatəxanaya yerləşdirilib. Sakinlərin təxliyəsini təşkil edən daha 15 nəfər isə tüstüdən zəhərləndiyi bildirilib.

Xəbər lenti

Xəbər lenti