...

Rusiyada kütləvi zəhərlənmə - Makarondan

Dünya xəbərləri Materials 26 İyul 2017 15:30 (UTC +04:00)
Yeni Moskvada kütləvi qida zəhərlənməsi baş verib.
Rusiyada kütləvi zəhərlənmə - Makarondan

Bakı. Trend:

Yeni Moskvada kütləvi qida zəhərlənməsi baş verib. Trend-in məlumatına görə, xidməti yeməkxanada qidalanan təxminən 60 nəfər tibb müəssisələrinə müraciət edib.

Onların hamısının eyni yerdə işlədiyi bildirilir. İlkin məlumata görə, zəhərlənmə yerli istehsal olan keyfiyyətsiz makarondan olub.

Xəstəxanaların infeksiya şöblərinə müraciət edənlərin əksəriyyəti kəskin ağrılar, mədə pozğunluğu, ürək bulanmadan şikayət ediblər.

Xəbər lenti

Xəbər lenti