...

BMT Malidə helikopter qəzasında ekipajın həlak olduğunu təsdiqləyib (YENİLƏNİB)

Dünya xəbərləri Materials 27 İyul 2017 00:51 (UTC +04:00)
Malidə sabitləşdirilmə üzrə BMT missiyası Qao əyalətində qəzaya uğramış helikopterdə olan 2 sülhməramlının ölümünü təsdiqləyib
BMT Malidə helikopter qəzasında ekipajın həlak olduğunu təsdiqləyib (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 22:50-də yayılıb)

Bakı. Trend:

Malidə sabitləşdirilmə üzrə BMT missiyası Qao əyalətində qəzaya uğramış helikopterdə olan 2 sülhməramlının ölümünü təsdiqləyib.

Trend-in "RİA Novosti"yə isitnadən verdiyi məlumata görə, bu barədə təşkilatın bəyanatında deyilir.

"İlkin məlumatlar göstərir ki, qəza texniki nasazlıq səbəbindən baş verib. Başlanılan araşdırma qəzanın səbəblərini dəqiq müəyyənləşdirəcək. Helikopetrin göyərtəsində 2 sülhməramlı olub, təəssüf ki, onlar həlak olublar", - bəyanatda deyilir.

XXX

22:50

Malidə göyərtəsində 2 BMT sülhməramlılsı olan Almaniyaya məxsus hərbi helikopter qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, helikopterdə olan sülhməramlıların öldükləri və ya sağ qalmaları barədə məlumat yoxdur. Hadisə yerinə xilasedicilər yola düşüblər.

Qeyd edək ki, ötən il BMT Təhlükəsizlik Şurası Malidə əsas yaşayış məntəqələrinin sabitləşməsi üçün yeni sülhməramlı missiyanın (MİNUSMA) yerləşdirilməsinin zəruriliyini təsdiqləyib.

Malidə 2013-cü il fevralın 11-dən 4 min Fransadan olan və 6 min Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi dövlətlərindən olan hərbçilər hərbi əməliyyatlar keçirirlər. İyun ayının sonunda BMT Təhlükəsizlik Şurası qətnamə qəbul edib. Qətnaməyə əsasən, indi orada sülhməramlı funksiyaları ilə 11,2 min hərbçidən və 1440 polisdən ibarət "MINUSMA" kontingenti məşğul olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti