...

Misirdə terrorçuluğa qarşı mübarizə üzrə Milli Şura yaradılıb

Dünya xəbərləri Materials 27 İyul 2017 04:27 (UTC +04:00)
Misir prezidenti Abdel Fəttah as-Sisi terrorçuluğa və ekstremizmə qarşı mübarizə üzrə Milli Şuranın yaradılması barədə fərman imzalayıb
Misirdə terrorçuluğa qarşı mübarizə üzrə Milli Şura yaradılıb

Bakı. Trend:

Misir prezidenti Abdel Fəttah as-Sisi terrorçuluğa və ekstremizmə qarşı mübarizə üzrə Milli Şuranın yaradılması barədə fərman imzalayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yeni Şura ekstremizm ideyalarının cəmiyyətdə yayılmasına əngəl olmaq üçün ictimai təşkilatların və dövlət strukturlarının səylərini birləşdirmək və terrorçuluğa qarşı səmərəli yolların hazırlanması üçün yaradılıb.

Məlumata əsasən, Milli Şuraya ölkə prezidenti rəhbərlik edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti