...

Albaniyada restoranda PARTLAYIŞ - 20-dən çox yaralı

Dünya xəbərləri Materials 28 İyul 2017 16:20 (UTC +04:00)
Albaniyanın şimal-qərbində restoranda güclü partlayış baş verib.
Albaniyada restoranda PARTLAYIŞ - 20-dən çox yaralı

Bakı. Trend:

Albaniyanın şimal-qərbində restoranda güclü partlayış baş verib. Trend-in məlumatına görə, partlayış qaz balonunun partlaması nəticəsində baş verib.

İnsident nəticəsində 20-dən artıq adamın müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir. Yaralılardan 5 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Restoran Adriatik dənizi sahilində yerləşən turizm obyektlərindən birinin nəzdində fəaliyyət göstərdiyindən xəsarət alanlar arasında turistlərin olması istisna edilmir. Bununla belə partlayış baş verən zaman turistlərin əksəriyyətinin öz nömrələrində olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti