...

Tramp Çinin Şimali Koreya probleminin həllində hərəkətsizliyindən narazıdır

Dünya xəbərləri Materials 30 İyul 2017 05:21 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp Çinin Şimali Koreya probleminin həllində hərəkətsizliyindən narazıdır
Tramp Çinin Şimali Koreya probleminin həllində hərəkətsizliyindən narazıdır

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Çinin Şimali Koreya probleminin həllində hərəkətsizliyindən narazıdır.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Tramp öz "Twitter" hesabında yazıb.

O, yazıb ki: "Mən Çinə görə çox məyus oldum. Bizim əvvəlki liderlər onlara il ərzində ticarət üzrə yüzlərlə milyard dollar qazanmağa imkan veriblər... və onlar Şimali Koreya məsələsində bizə heçnə etmədilər, yalnız söhbətlər. Biz buna davam etməyə imkan verməyəcəyik. Çin bu problemi asanlıqla həll edə bilər!", - Tramp yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti