...

İranlı zəvvarlar birillik fasilədən sonra Həcc ziyarətinə gedəcək

Dünya xəbərləri Materials 31 İyul 2017 15:48 (UTC +04:00)
İranlı zəvvarlar birillik fasilədən sonra bu il Həcc ziyarətini həyata keçirəcək
İranlı zəvvarlar birillik fasilədən sonra Həcc ziyarətinə gedəcək

Bakı. Trend:

İranlı zəvvarlar birillik fasilədən sonra bu il Həcc ziyarətini həyata keçirəcək.

Trend-in məlumatına görə, bu barədə İranın Həcc və zəvvarlıq təşkilatının rəhbəri Nəsrulla Fərəhmənd deyib.

Onun sözlərinə görə, bu il 90 minə yaxın iranlı zəvvarın Həccə gedəcəyi gözlənilir.

Qeyd edək ki, rəsmi Tehran 2016-cı ilin Həcc ziyarətini boykot etmişdi. Buna 2015-ci ildə Mina dağı yaxınlığında baş verən izdiham nəticəsində əksəriyyəti iranlı olmaqla yüzlərlə insanın ölümü səbəb olmuşdu. İran Səudiyyə Ərəbistanını zəif təşkilatçılıqda ittiham etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti