...

Əfqanıstanda məsciddə partlayış: 20 ölü

Dünya xəbərləri Materials 1 Avqust 2017 21:59 (UTC +04:00)
Əfqanıstanın Gerat şəhərində məsciddə baş verən partlayış nəticəsində azı 20 nəfər həlak olub, 30 nəfər xəsarət alıb
Əfqanıstanda məsciddə partlayış: 20 ölü

Bakı. Trend:

Əfqanıstanın Herat şəhərində məsciddə baş verən partlayış nəticəsində azı 20 nəfər həlak olub, 30 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu haqda "Tolo News" telekanalı xəbər verir.

Bildirilir ki, partlayış şəhərin qərbində şiə məscidində baş verib.

Yerli hakimiyyətin məlumatına görə, terrorçu-kamikadze binanın qarşısında özünü partladıb, daha sonra ikinci terrorçu insanlara atəş açmaya başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti