...

Londonda ikimərtəbəli avtobus mağazaya çırpılıb - Xəsarət alanlar var

Dünya xəbərləri Materials 10 Avqust 2017 13:27 (UTC +04:00)

Bakı. Trend:

Londonda ikimərtəbəli avtobus qəza törədərək mağazaya çırpılıb. Trend-in məlumatına görə, hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Avtobusun sürücüsü də xəstəxanaya yerləşdirilib.

Toqquşma nəticəsində mağazanın ön hissəsi tamamilə dağılıb.

Hazırda xəsarət alanların sayı və onların vəziyyəti müəyyənləşdirilir.

Qəzanın baş vermə səbəbləri məlum deyil. Polis faktla bağlı araşdırmaya başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti