Bakı. Trend:
Çində ağır yol qəzası baş verib.
Trend-in məlumatına görə, qəza nəticəsində 36 nəfər ölüb, daha 13 nəfər xəsarət alıb.
Sürətli yolda baş verən qəzada avtobusun iştirak etdiyi bildirilir.
Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.