...

Venesuela prezidenti: İğtişaşlarda iştirak edənlər 25 il həbs edilməlidir

Dünya xəbərləri Materials 11 Avqust 2017 19:45 (UTC +04:00)
Maduro ölkədə iğtişaşlarda iştirak etmiş şəxslərin 25 ilədək müddətdə azadlıqdan məhrum edilməsini təklif edib.
Venesuela prezidenti: İğtişaşlarda iştirak edənlər 25 il həbs edilməlidir

Bakı. Trend:

Venesuela prezidenti Nikolas Maduro ölkədə iğtişaşlarda iştirak etmiş şəxslərin 25 ilədək müddətdə azadlıqdan məhrum edilməsini təklif edib.

Trend-in məlumatına görə, o, bu təklifi yeni seçilmiş parlament qarşısında çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, mədəni, siyasi və ideoloji səbəblərdən nifrət yayan şəxslər mühakimə olunmalı və 15, 10, 25 il müddətinədək həbs edilməlidir.

N.Maduronun fikrincə, bu qanun Venesuela xalqının birliyini daha da möhkəmləndirəcək və ölkədə ədaləti bərpa edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti