...

Tacikistan məktəblərində hicab, saqqal və cins qadağan edildi

Dünya xəbərləri Materials 16 Avqust 2017 19:39 (UTC +04:00)
Tacikistanın Təhsil Nazirliyi məktəbli qızlara hicab geyməyi, oğlanlara isə saqqal saxlamağı qadağan edib
Tacikistan məktəblərində hicab, saqqal və cins qadağan edildi

Bakı. Trend:

Tacikistan Təhsil Nazirliyi məktəbli qızlara hicab geyinməyi, oğlanlara isə saqqal saxlamağı qadağan edib.

Trend-in məlumatına görə, nazirliyin qərarında qızların hicab, dar şalvar, qısa geyimlər geyinməsi, parlaq makiyaj etməsi qadağan edilib.

Bundan başqa, oğlanlara saqqal saxlamaq, saç uzatmaq, sırğa taxmaq və cins şalvar geymək qadağan edilib.

Həmçinin qərara əsasən, məktəblilər döymə vura, üzərində reklam yazıları olan geyimlər geyə bilməzlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti