...

Barselona hücumunda şübhəli bilinən şəxs daha böyük terakt planlaşdırırmış

Dünya xəbərləri Materials 22 Avqust 2017 22:35 (UTC +04:00)
Barselona hücumunu törətməkdə şübhəli bilinən şəxs məhkəmə qarşısında daha böyük hücumun planlaşdırıldığını etiraf edib
Barselona hücumunda şübhəli bilinən şəxs daha böyük terakt planlaşdırırmış

Bakı. Trend:

Barselona hücumunu törətməkdə şübhəli bilinən şəxs məhkəmə qarşısında daha böyük hücumun planlaşdırıldığını etiraf edib.

Trend-in BBC agentliyinə istinadən verdiyi xəbərə görə, Mohamed Houli Chemlal dörd şübhəlinin dinləmələrə çıxarıldığı Madrid məhkəməsində ifadə verib.

O, çərşənbə günü Alkanar şəhərində evi darmadağın edən partlayışda xəsarət alıb. İddialara əsasən həmin mənzildə hücumlar üçün bomba hazırlanırmış.

Ötən həftə Barselona və başqa yerlərdə baş verən hücumlar 15 nəfərin ölümünə səbəb olub, daha 100 nəfər xəsarət alıb.

Həmləni həyata keçirən şəbəkənin 8 üzvündən ikisi Alkanar partlayışında ölüb. Daha 6 nəfər isə polis atəşi ilə öldürülüb.

Basqında şübhəli bilinən sonuncu şəxs bazar ertəsi Barselonadan qərbdə yerləşən üzüm bağlarında qətlə yetirilib. Hadisədən sonra həbs edilmiş şübhəlilər məhkəməyə çıxarılmaq üçün Barselonadan Madridə gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti