...

Moskvada Qurban bayramı ilə əlaqədar bir neçə məktəb bağlanacaq

Dünya xəbərləri Materials 24 Avqust 2017 18:51 (UTC +04:00)
Rusiyanın paytaxtı Moskva və bir neçə regionda məscidlərin yaxınlığında yerləşən bəzi məktəblərdə Qurban bayramı münasibəti ilə tədris sentyabrın 1-dən 4-nə keçirilib.
Moskvada Qurban bayramı ilə əlaqədar bir neçə məktəb bağlanacaq

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskva və bir neçə regionda məscidlərin yaxınlığında yerləşən bəzi məktəblərdə Qurban bayramı münasibəti ilə tədris sentyabrın 1-dən 4-nə keçirilib.

Trend-in "RİA Novosti"yə istinadən məlumatına görə, bu barədə Rusiya Müsəlmanları İttifaqının rəhbəri Albir Krqanov deyib.

Onun sözlərinə görə, məsələ Moskva, Sankt-Peterburq və digər regionlarda müzakirə olunub və qərara gəlinib ki, bir neçə məktəb yeni dərs ilinə sentyabrın 4-dən başlasın.

Lakin məktəblərdə bu məlumatı təsdiqləməyiblər.

Dumada da məktəblərin bağlanması ideyası tənqid olunub. Senator Oleq Kazakovçev Rusiyanın dünyəvi dövlət olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti