...

Rusiyada avqustda qar yağdı

Dünya xəbərləri Materials 31 Avqust 2017 13:26 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın İrkutsk vilayətində avqustun 30-da 134,5 min hektar ərazidə ümumilikdə 11 meşə yanğını tüğyan etsə də, bu gün heç bir yanğın qeydə alınmayıb. Trend-in məlumatına görə, yanğınların qarşısnı gecə saatlarından etibarən yağmağa başlayan aramsız qar alıb.

Hazırda bölgədə meşədəki duruma 5 təyyarə nəzarət həyata keçirir.

Bundan başqa, Rusiyada sentyabr ayı üçün meşə yanğını riskləri proqnozu hazırlanıb. Proqnoza əsaəsn 24 bölgədə yanğın təhlükəsi mövcuddur.

Xəbər lenti

Xəbər lenti