...

Fransa hökuməti: Aİ-Türkiyə danışıqlarını davam etdirmək heç cür mümkün deyil

Dünya xəbərləri Materials 5 Sentyabr 2017 15:10 (UTC +04:00)
Reallıq budur ki, tərəflər arasında danışıqlar dayandırılıb.
Fransa hökuməti: Aİ-Türkiyə danışıqlarını davam etdirmək heç cür mümkün deyil

Bakı. Trend:

Türkiyədəki hazırkı siyasi vəziyyət bu ölkənin Avropa İttifaqına (Aİ) qoşulması ilə bağlı danışıqların davam etməsinə imkan vermir.

Trend-in məlumatına görə, bunu Fransa hökumətinin rəsmi nümayəndəsi Kristof Kastaner deyib.

Onun sözlərinə görə, Avropa ilə Türkiyə arasında danışıqlar artıq dayandırılıb:

“Bir şeyi dəqiq demək olar: tərəflərin indiki mövqeyini nəzərə alaraq danışıqları davam etdirmək artıq mümkün deyil. Reallıq budur ki, tərəflər arasında danışıqlar dayandırılıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti