...

Malidə partlayış: 2 ölü, 2 yaralı

Dünya xəbərləri Materials 5 Sentyabr 2017 23:58 (UTC +04:00)
Malidə BMT misiyasının avtomobili partladılıb
Malidə partlayış: 2 ölü, 2 yaralı

Bakı. Trend:

Malidə BMT misiyasının avtomobili partladılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 2 BMT sülhməramlısı həlak olub, 2-si isə ağır yaralanıb.

Qeyd edilir ki, insident Agelhok şəhərindən 15 kilometr aralıda baş verib.

Qeyd edək ki, ötən il BMT Təhlükəsizlik Şurası Malidə əsas yaşayış məntəqələrinin sabitləşməsi üçün yeni sülhməramlı missiyanın (MİNUSMA) yerləşdirilməsinin zəruriliyini təsdiqləyib.

Malidə 2013-cü il fevralın 11-dən 4 min Fransadan olan və 6 min Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi dövlətlərindən olan hərbçilər hərbi əməliyyatlar keçirirlər. İyun ayının sonunda BMT Təhlükəsizlik Şurası qətnamə qəbul edib. Qətnaməyə əsasən, indi orada sülhməramlı funksiyaları ilə 11,2 min hərbçidən və 1440 polisdən ibarət "MINUSMA" kontingenti məşğul olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti