...

Rəsmi Kiyev: Saakaşvilinin Ukrayna sərhədini keçməsi dövlətçiliyə qarşı hücumdur

Dünya xəbərləri Materials 11 Sentyabr 2017 12:40 (UTC +04:00)
Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukrayna sərhədini zorla keçməsi dövlətçiliyə qarşı hücumdur.
Rəsmi Kiyev: Saakaşvilinin Ukrayna sərhədini keçməsi dövlətçiliyə qarşı hücumdur

Bakı. Trend:

Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukrayna sərhədini zorla keçməsi dövlətçiliyə qarşı hücumdur.

Trend-in məlumatına görə, bunu Ukraynanın Baş naziri Vladimir Qroysman “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Ukrayna sərhədini zorakılıqla keçməyə çalışan şəxslər məsuliyyətə cəlb olunmalıdır.

Qeyd edək ki, Ukrayna vətəndaşlığından məhrum edilmiş M.Saakaşvili sentyabrın 10-u Polşadan qatarla Ukraynaya keçməyə çalışıb. Sərhədçilər onun qarşısını almağa çalışarkən o, yaxın adamları ilə birgə səddi yararaq Ukrayna ərazisinə daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti