...

Meksikada humanitar yardım daşıyan hərbi helikopter qəzaya uğrayıb

Dünya xəbərləri Materials 13 Sentyabr 2017 06:23 (UTC +04:00)
Meksikanın Çyapas ştatında zəlzələ nəticəsində zərər çəkənlərə humanitar yardım daşıyan hərbi helikopter qəzaya uğrayıb
Meksikada humanitar yardım daşıyan hərbi helikopter qəzaya uğrayıb

Bakı. Trend:

Meksikanın Çyapas ştatında zəlzələ nəticəsində zərər çəkənlərə humanitar yardım daşıyan hərbi helikopter qəzaya uğrayıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Meksikanın milli qəza-xilasetmə xidmətinin rəhbəri Felipe Puente Twitter səhifəsində yazıb.

Onun sözlərinə görə, hadisə nəticəsində ölən yoxdur. Helikopterdə olan 7 sərnişindən 3-ü yaralanıb, onlara tibbi yardım göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti