...

ABŞ-da məktəbdə atışma baş verib: 1 ölü, 3 yaralı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 13 Sentyabr 2017 23:36 (UTC +04:00)
ABŞ-ın Vaşinqton ştatının Spokan şəhərində məktəblərin birində atışma baş verib
ABŞ-da məktəbdə atışma baş verib: 1 ölü, 3 yaralı (YENİLƏNİB)

Bakı. Trend:

ABŞ-ın Vaşinqton ştatının Spokan şəhərində məktəblərin birində atışma baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, atışma nəticəsində 1 məktəbli həlak olub, 3 nəfər isə yaralanıb.

Məlumata əsasən, atəş açan şəxs polislər tərəfindən saxlanılıb.

XXX

23:06

ABŞ-ın Vaşinqton ştatının Spokan şəhərində məktəblərin birində atışma baş verib.

Trend-in "RİA Novosti"yə isitnadən verdiyi məlumata görə, bu barədə Spokan şəhərinin şerifi öz "Twitter" hesabında yazıb.

"Freeman məktəbində atışma. Orta və ibtidai məktəb bağlanıb. Hadisə yerində polis və həkimlər var. Biz mümkün olan kimi məlumat verəcəyik", - yazıda deyilir.

Sosial şəbəkələrdə bir neçə istifadəçinin məlumatına görə, atışma nəticəsində 6 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti