...

Meksika sahillərində tropik fırtına formalaşıb

Dünya xəbərləri Materials 14 Sentyabr 2017 06:16 (UTC +04:00)
Meksikanın cənub-qərb sahillərində tropik fırtına formalaşıb
Meksika sahillərində tropik fırtına formalaşıb

Bakı. Trend:

Meksikanın cənub-qərb sahillərində tropik fırtına formalaşıb.

Trend-in ABŞ Qasırğa Xəbərdarlığı üzrə Milli Mərkəzinə istinadən verdiyi məlumata görə, fırtınaya "Maks" adı verilib. Hazırda fırtına Meksikanın Akapulko şəhərindən 185 kilometr cənub-qərbdə yerləşir. Küləyin maksimal sürəti saatda 65 kilometrdə çatır.

Məlumata əsasəm, "Maks" Meksika sahillərinə cümə axşamı çatacaq. Gözlənilir ki, "Maks" Herrero və Oahama ştatlarında güclü yağışlar gətirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti