...

Suriya üzrə "Astana-6" başlayır - Bütün iştirakçılar gəldi

Dünya xəbərləri Materials 14 Sentyabr 2017 08:49 (UTC +04:00)
Suriya üzrə sülh danışıqlarına həsr olunmuş "Astana 6" sammitinin bütün iştirakçıları artıq gəliblər.
Suriya üzrə "Astana-6" başlayır - Bütün iştirakçılar gəldi

Bakı. Trend:

Suriya üzrə sülh danışıqlarına həsr olunmuş "Astana 6" sammitinin bütün iştirakçıları artıq gəliblər. Trend-in məlumatına görə, bu barədə Qazaxıstan XİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, bu dəfəki danışıqlar mərhələsində silahlı müxalifəti təmsil edən 24 nümayəndə də iştirak edəcək.

Mətbuat xidmətindən bildiriblər: "Danışıqlarda iştirak edəcək bütün tərəflər artıq Astanadadır. Danışıqlar bu gün başlayacaq".

Mətbuat xidmətindən verlən məlumata görə, Rusiyanı bu danışıqlarda prezidentin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, Türkiyəni XİN rəhbərinin müavini Sedat Onal, İranı XİN rəhbərinin müavini Caber Ansari təmsil edəcək.

Məlumata görə, BMT baş katibinin xüsusi nümayəndəsi Stefan De Mistura da danıqlarda iştirak etmək üçün artıq Astanaya gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti