...

London metrosunda partlayışda yaralananların sayı 22 nəfərə çatdı (FOTO) (YENİLƏNİB)

Dünya xəbərləri Materials 15 Sentyabr 2017 15:39 (UTC +04:00)
Böyük Britaniyanın paytaxtı Londonda metroda partlayış baş verib.
London metrosunda partlayışda yaralananların sayı 22 nəfərə çatdı (FOTO) (YENİLƏNİB)

İlk xəbər saat 11:51-də yayımlanıb

Bakı. Trend:

Son məlumata görə, London metrosunda partlayışda xəsarət alanların sayı 22 nəfərə çatıb. Trend-in məlumatına görə, ölkə Səhiyyə Nazirliyinin milli sistemi qeyd edib ki, təcili tibbi yardım tərəfindən xəstəxanalara 18 nəfər aparılıb, daha bir neçə nəfər isə özü sərbəst şəkildə həkimlərə müraciət ediblər.

X X X

London metrosunda baş vermiş partlayış nəticəsində çox sayda yaralı var.

Trend-in məlumatına görə, vaqonlardan birində ağ plastmas vedrənin partladığı, yaxınlıqdakı insanların yanıq xəsarəti aldığı bildirilir.

X X X

Böyük Britaniyanın paytaxtı Londonda metroda partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış qatarlardan birində qeydə alınıb.

"The Sun" qəzeti xəsarət alanların olduğu barədə məlumat verib. Məlumata görə, yaralananlar əsasən yanıq xəsarətləri alıblar.

Hazırda hadisə yerinə fövqəladə xidmət əməkdaşları və polis cəlb olunub.

İnsident baş vermiş "Parsons-Qrin" metro stansiyasının ətrafı nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti