Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp və Böyük Britaniyanın baş naziri Tereza Mey arasında telefon danışığı olub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı tərəflər Londonda baş vermiş terror aktını müzakirə ediblər.
D.Tramp günahsız mülki insanlara hücumların və dünya ekstremizminin qarşısını almaq üçün ABŞ-ın Böyük Britaniya ilə sıx əməkdaşlığı davam etdirəcəyini bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Böyük Britaniyanın paytaxtı Londonda "Pasons Green" metrostansiyasında partlayış baş verib. Partlayış nəticəsində 29 nəfər xəsarət alıb.