...

Estoniya təhlükə ilə üz-üzə - Afrika taunu aşkar edilib

Dünya xəbərləri Materials 19 Sentyabr 2017 16:40 (UTC +04:00)
Estoniyanın Baytarlıq Qida Departamenti ölkənin cənub-qərbində Oru kəndində fermaların birində donuzlarda Afrika taunu xəstəliyini aşkar edib.
Estoniya təhlükə ilə üz-üzə - Afrika taunu aşkar edilib

Bakı. Trend:

Estoniyanın Baytarlıq Qida Departamenti ölkənin cənub-qərbində Oru kəndində fermaların birində donuzlarda Afrika taunu xəstəliyini aşkar edib. Trend-in məlumatına görə, departament rəsmisi bununla əlaqədar 6,8 min heyvanın məhv ediləcəyi barədə xəbər yayıb.

Departamendən bildiriblər ki, xəstəlik qeydə alınmış zonalarda karantin elan olunub, heyvanlar öldürülür, obyekt dezinfeksiya edilir.

Məlumata görə, xəstəliyin ferma ərazisinə düşməsi, heyvanların xəstələnməsi faktı epidomoloji cəhətdən araşdırılacaq.

Xəbər lenti

Xəbər lenti