...

Meksikada zəlzələ nəticəsində 149 nəfər ölüb

Dünya xəbərləri Materials 20 Sentyabr 2017 08:01 (UTC +04:00)
Meksikada baş verən dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 149 nəfərə çatıb
Meksikada zəlzələ nəticəsində 149 nəfər ölüb

Bakı. Trend:

Meksikada baş verən dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 149 nəfərə çatıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ölkənin xilasetmə xidmətinin başçısı Felipe Punte Twitter səhifəsində yazıb.

55 nəfər Morelos, 32 nəfər Puebla, 10 nəfər Mexiko və 3 nəfər Qerrero ştatlarında ölüb. Daha 49 nəfər isə ölkənin paytaxtı Mexiko da həlak olub.

Qeyd edək ki, Meksikanın Puebla de Saraqosa şəhəri yaxınlığında 7,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar UTC vaxtı ilə saat 18:14-də baş verib. Zəlzələ Puebla de Saraqosa şəhərindən 49 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 60 km dərinlikdə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti