...

Minlərlə niderlandlı qadından pisuar etirazı

Dünya xəbərləri Materials 21 Sentyabr 2017 23:57 (UTC +04:00)
Niderlandda minlərlə qadın məhkəmənin küçədə ehtiyacı ödəməklə bağlı qərarına etiraz etmək məqsədilə aksiya keçirəcək.
Minlərlə niderlandlı qadından pisuar etirazı

Bakı. Trend:

Niderlandda minlərlə qadın məhkəmənin küçədə ehtiyacı ödəməklə bağlı qərarına etiraz etmək məqsədilə aksiya keçirəcək.

Trend-in məlumatına görə, paytaxt Amsterdamda 2 il öncə küçədə yüngül bayıra getdiyi üçün 140 avro cərimə olunan 23 yaşlı Qerte Pininq adlı qadının şikayəti məhkəmənin qərarı səbəbindən ölkədə böyük əks-səda doğurub.

Amsterdam məhkəməsi şəhərdə bir çox yerlərdə olan və kişilər üçün nəzərdə tutulan pisuarlardan qadınların da istifadə edə biləcəyini bəyan edərək, Q.Pininqin ayrı-seçkilik adı altında şikayətini əsassız sayıb.

Minlərlə holland qadın bu qərara etiraz etmək üçün paytaxtda etiraz keçirməyi qərara alıb.

Lakin sentyabrın 22-nə planlaşdırılan aksiya iştirakçılarının sayının çox olacağı ehtmalına görə təhlükəsizlik səbəbindən ləğv olunub. Bunun əvəzində qadınlar pisuardan istifadə edərkən fotolarını çəkib sosial şəbəkələrdə paylaşmaqla etiraz edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti