...

2018-ci il Qış Olimpiya Oyunlarının medalları təqdim olundu

İdman Materials 21 Sentyabr 2017 14:17 (UTC +04:00)
Cənubi Koreyanın Pxönçxan şəhərində keçiriləcək 2018-ci il Qış Olimpiya Oyunlarının medalları təqdim olunub
2018-ci il Qış Olimpiya Oyunlarının medalları təqdim olundu

Bakı. Trend:

Cənubi Koreyanın Pxönçxan şəhərində keçiriləcək 2018-ci il Qış Olimpiya Oyunlarının medalları təqdim olunub.

Trend-in məlumatına görə, medallar Olimpiya Oyunlarının İcraiyyə Komitəsinin “Instagram” səhifəsində nümayiş etdirilib.

Medallar Koreyanın milli mədəniyyət motivləri ilə işlənib. Medalların səthində Olimpiya Oyunlarının tarixini simvolizə edən diaqonal xətlər əks olunub.

Qeyd edək ki, Qış Olimpiya Oyunları Pxönçxanda gələn ilin fevralın 9-dan 25-dək keçiriləcək.

Xəbər lenti

Xəbər lenti