...

Bali adasında təxliyə - Vulkan fəallaşıb

Dünya xəbərləri Materials 22 Sentyabr 2017 11:56 (UTC +04:00)
İndoneziyanın Bali adasında Aqunq vulkanının fəallaşması ilə əlaqədar minlərlə adam təxliyə olunub
Bali adasında təxliyə - Vulkan fəallaşıb

Bakı. Trend:

İndoneziyanın Bali adasında Aqunq vulkanının fəallaşması ilə əlaqədar minlərlə adam təxliyə olunub. Trend-in məlumatına görə, vulkan hələlik püskürməsə də, fəallığı nəzər alaraq sakinlər könüllü şəkildə təxliyə olmağa razılıq veriblər.

Qeyd edək ki, Aqunq vulkanı avqust ayının ortalarında fəallaşsa da, sonradan sakitləşmişdi.

Son günlər ərzində isə fəallığın yenidən artdığı bildirilib.

Xəbər lenti

Xəbər lenti