...

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 305 nəfərə çatıb

Dünya xəbərləri Materials 23 Sentyabr 2017 22:07 (UTC +04:00)
Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 305 nəfərə çatıb
Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 305 nəfərə çatıb

Bakı. Trend:

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 305 nəfərə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin milli qəza-xilasetmə xidmətinin rəhbəri Luis Felipe Puente öz "Twitter" hesabında yazıb.

Puente qeyd edib ki, 167 nəfər Mexiko şəhərində həlak olub. Zəlzələ Oahaka, Puebla, Herrero, Mexiko və Morelos ştatlarında insanların ölümünə səbəb olub.

Qeyd edək ki, 7,1 bal gücündə olan zəlzələ çərşənbə axşamı baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti