...

Türkiyə İraqla sərhədi bağladı

Dünya xəbərləri Materials 25 Sentyabr 2017 10:42 (UTC +04:00)
Türkiyə İraqın kürd muxtariyyəti ilə sərhəddə, Şırnak vilayətində "Habur" nəzarət-buraxılış məntəqəsi bağlayıb.
Türkiyə İraqla sərhədi bağladı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə İraqın kürd muxtariyyəti ilə sərhəddə, Şırnak vilayətində "Habur" nəzarət-buraxılış məntəqəsi bağlayıb.

Trend-in məlumatına görə, məntəqə birtərəfli qaydada bağlanıb.

Qeyd edək ki, bu gün Ərbildə İraqın kürd muxtariyyətinin müstəqilliyi haqqında referendum keçirilir. Türkiyə və İraq referendumun qanunsuz olduğunu, nəticələrini tanımayacaqlarını bəyan ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti