...

Putin Ərdoğanla Ankarada görüşəcək - Səbəbi Çavuşoğlu açıqladı

Dünya xəbərləri Materials 25 Sentyabr 2017 16:54 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı Suriyanın İdlib şəhərində terrorçuluqla mübarizə məsələsini müzakirə edəcək.
Putin Ərdoğanla Ankarada görüşəcək - Səbəbi Çavuşoğlu açıqladı

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı Suriyanın İdlib şəhərində terrorçuluqla mübarizə məsələsini müzakirə edəcək.

Trend-in məlumatına görə, bu açıqlamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu verib.

O qeyd edib ki, Rusiya tərəfi son günlərdə İdlibdə terrorçulara zərbələr endirir, lakin bombardman zamanı qadın və uşaqlar da həlak olur.

Qeyd edək ki, R.T.Ərdoğanla V.Putinin sentaybrın 28-də Ankarada görüşəcəyi barədə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti