...

İtaliyada mafiyaya qarşı əməliyyat - Saxlanılan 24 nəfərin arasında mer də var

Hadisə Materials 26 Sentyabr 2017 12:41 (UTC +04:00)
İtaliyanın Lombardiya vilayətində mafiya üzvlərinə qarşı əməliyyat keçirilib
İtaliyada mafiyaya qarşı əməliyyat - Saxlanılan 24 nəfərin arasında mer də var

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyanın Lombardiya vilayətində mafiya üzvlərinə qarşı əməliyyat keçirilib.

Trend-in məlumatına görə, Milan, Montsa, Komo və digər şəhərlərdə keçirilən əməliyyatlar nəticəsində 24 nəfər saxlanılıb.

Saxlananlar arasında Milan yaxınlığında yerləşən Serenyo qəsəbəsinin merinin də olduğu bildirilir. Mer İtaliyada fəaliyyət göstərən “Ndrangeta” mafiyası ilə əlaqələrdə şübəhli bilinib.

Xəbər lenti

Xəbər lenti