...

Türkiyədə fövqəladə vəziyyət yenə uzadılıb

Dünya xəbərləri Materials 16 Oktyabr 2017 19:34 (UTC +04:00)
Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadılıb.
Türkiyədə fövqəladə vəziyyət yenə uzadılıb

Bakı. Trend:

Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadılıb.

Trend-in məlumatına görə, bunu Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurası iclasının yekunu olaraq Türkiyənin vitse-prezidenti Bəkir Bozdağ bildirib. Onun sözlərinə görə, qəbul edilmiş qərar Türkiyə Böyük Millət Məclisinə göndərilib.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət ötən il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra üç ay müddətinə tətbiq edilib və sonradan bir neçə dəfə uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti