...

İraqda zəvvarları daşıyan avtobus aşıb - Çoxlu yaralı var

Dünya xəbərləri Materials 4 Noyabr 2017 13:14 (UTC +04:00)
İraqın Bədra şəhəri yaxınlığında iranlı zəvvarları daşıyan avtobus aşıb
İraqda zəvvarları daşıyan avtobus aşıb - Çoxlu yaralı var

Bakı. Trend:

İraqın Bədra şəhəri yaxınlığında iranlı zəvvarları daşıyan avtobus aşıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 30 nəfər xəsarət alıb. Xəsarət alanlardan dörd nəfərinin vəziyyəti ağırdır.

Qəza zamanı avtobusda 47 nəfər olub.

Avtobus iranlı zəvvarları Tehrandan İraqın Nəcəf şəhərinə aparırmış.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti