...

ABŞ-dan Türkiyə vətəndaşlarına viza verilməsi ilə bağlı AÇIQLAMA

Dünya xəbərləri Materials 8 Noyabr 2017 02:23 (UTC +04:00)
ABŞ müəyyən məhdudiyyətlər əsasında Türkiyə vətəndaşlarına viza verilməsini bərpa edib.
ABŞ-dan Türkiyə vətəndaşlarına viza verilməsi ilə bağlı AÇIQLAMA

Bakı. Trend:

ABŞ müəyyən məhdudiyyətlər əsasında Türkiyə vətəndaşlarına viza verilməsini bərpa edib.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.

"Hər iki tərəf düzgün istiqamətdə müəyyən addımlar atıb. Atılan addımlar pozitivdir", deyə Nauert bildirib.

O, həmçinin qeyd edib ki, viza üçün müraciət edənlərin siyahısı prioritet qaydada yerləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti