...

Fransada partlayış təhlükəsi ilə əlaqədar vağzal təxliyə edilib

Dünya xəbərləri Materials 12 Noyabr 2017 03:14 (UTC +04:00)
Fransanın Reyms şəhərində dəmiryolu vağzalı təxliyə edilib
Fransada partlayış təhlükəsi ilə əlaqədar vağzal təxliyə edilib

Bakı. Trend:

Fransanın Reyms şəhərində dəmiryolu vağzalı təxliyə edilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Parisə gedən qatarın vaqonunda sərnişinlərdən biri digər sərnişinə vaxtı soruşub və o, "partlamağa hələ vaxt var" deyə cavab verib. Qatarın sərnişinləri dərhal hüquq-mühafizə orqanlarına zəng vurublar. Həmin şəxs saxlanılıb və sorğulanır.

Polislər vağzaldan insanları təxliyə ediblər, qatarların hərəkəti dayandırılıb. Şəhər vağzalının ərazisində partlayıcı qurğunun olub-olmaması yoxlanılır. Hüquq-mühafizə orqanları bu sözlərin uğursuz zarafat ola biləcəyini istisna etmirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti