...

Rusiyada mənzildə yanğın nəticəsində 7 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 12 Noyabr 2017 10:25 (UTC +04:00)
Rusiyanın Anadır şəhərində, mənzillərin birində güclü yanğın baş verib
Rusiyada mənzildə yanğın nəticəsində 7 nəfər xəsarət alıb

Bakı. Trend:

Rusiyanın Anadır şəhərində, mənzillərin birində güclü yanğın baş verib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Rusiyanın İK istintaq idarəsinin mətbuat xidməti xəbər verib.

Yanğın nəticəsində mənzildə olan 7 nəfər xəsarət alıb. Onların arasında 1 qadın və 2 uşaq var. Onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti