...

İraqla sərhəddə baş verən zəlzələ nəticəsində İranda 6 nəfər ölüb

Dünya xəbərləri Materials 13 Noyabr 2017 00:12 (UTC +04:00)
İraqla sərhəddə baş verən zəlzələ nəticəsində İranın Kermanşah əyalətində 6 nəfər ölüb.
İraqla sərhəddə baş verən zəlzələ nəticəsində İranda 6 nəfər ölüb

Bakı. Trend:

İraqla sərhəddə baş verən zəlzələ nəticəsində İranın Kermanşah əyalətində 6 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə IRINN telekanalına açıqlamasında Qəsri Şirin şəhərinin qubernatoru deyib.

O qeyd edib ki, zəlzələ nəticəsində bir neçə kənd dağıdılıb. Hakimiyyəti bəyan edib ki, zəlzələdən zərər çəkən rayonlara xilasedicilər göndərilib.

Daha öncə İran-İraq sərhədində 7,4 bal gücündə zəlzələ baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti