...

İranda məktəblər bağlandı

Dünya xəbərləri Materials 13 Noyabr 2017 10:36 (UTC +04:00)
Bundan əvvəl əyalətdə 3 günlük matəm elan olunub.
İranda məktəblər bağlandı

Bakı. Trend:

İranın güclü zəlzələ baş vermiş Kirmanşah əyalətində məktəblər bağlanıb.

Trend-in məlumatına görə, məktəblərin neçə gün bağlı olacağı hələ bildirilmir.

Bundan əvvəl əyalətdə 3 günlük matəm elan olunub.

Qeyd edək ki, ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 207-yə çatıb, təqribən 1700 nəfər xəsarət alıb.

Zəlzələ 7,4 bal gücündə qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti