...

İran-İraq sərhədində afterşoklar davam edir

Dünya xəbərləri Materials 14 Noyabr 2017 12:03 (UTC +04:00)
Ötən həftəsonu İran-İraq sərhədində baş vermiş dağıdıcı zəlzələdən sonra afterşoklar davam edir
İran-İraq sərhədində afterşoklar davam edir

Bakı. Trend:

Ötən həftə sonu İran-İraq sərhədində baş vermiş dağıdıcı zəlzələdən sonra afterşoklar davam edir.

Trend-in məlumatına görə, təkcə son 12 saat ərzində azı beş yeraltı təkan qeydə alınıb.

Qeydə alınan afterşoklar Rixter cədvəli 3.9-4.6 bal gücündə olub.

Qeyd edək ki, İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda son məlumatlara görə ölənlərin sayı 450-yə yaxın olub. Yaralıların sayı 7 mindən çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti