...

Erməni ordusunda daha bir biabırçılıq - artilleriyaçılar hərbi hissələrini atəşə tutdu

Dünya xəbərləri Materials 14 Noyabr 2017 12:51 (UTC +04:00)
İşğalçı Ermənistan ordusunda daha bir biabırçı hadisə baş verib.
Erməni ordusunda daha bir biabırçılıq - artilleriyaçılar hərbi hissələrini atəşə tutdu

Bakı. Samir Əli - Trend:

İşğalçı Ermənistan ordusunda daha bir biabırçı hadisə baş verib.

Trend-in məlumatına görə, təlim məşqləri zamanı döyüş atışları yerinə yetirən Ermənistan ordusunun artilleriyaçıları öz hərbi hissələrini bombalayıblar.

Minaatan heyətinin səriştəsizliyi səbəbindən atılan mərmi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazisi - Əsgəran yaşayış məntəqəsi istiqamətində yerləşən tank alayının ərazisinə düşüb. Ölən və yaralananlar barədə məlumat verilməsə də, hadisə ilə bağlı cinayət işi açılıb və istintaq tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti