...

Rusiya BMT-də Suriya, Şimali Koreya və İrana qarşı qətnamələri dəstəkləməyib

Dünya xəbərləri Materials 15 Noyabr 2017 02:37 (UTC +04:00)
BMT-nin Baş Assambleyasının üçüncü komitəsi çərşənbə axşamı Şimali Koreya, Suriya və İranda insan hüquqlarının pozulması ilə bağlı qətnamələri qəbul edib
Rusiya BMT-də Suriya, Şimali Koreya və İrana qarşı qətnamələri dəstəkləməyib

Bakı. Trend:

BMT-nin Baş Assambleyasının üçüncü komitəsi çərşənbə axşamı Şimali Koreya, Suriya və İranda insan hüquqlarının pozulması ilə bağlı qətnamələr qəbul edib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə Rusiya bu sənədlərin heç birini dəstəkləməyib və qəti şəkildə belə təşəbbüslərin əleyhinə çıxıb.

Səudiyyə Ərəbistanı tərəfindən səsverməyə çıxarılan Suriya ilə bağlı 15 səhifəlik qətnamədə "Suriya Ərəb Respublikasında insan hüquqları sahəsində vəziyyətin ciddi şəkildə pisləşməsi, adamöldürmə və mülki şəxslərə qəsdən edilən hücumları pislənilir, o cümlədən ağır silahların tətbiqi davam edən bombardmanlar nəticəsində 400 min nəfər, o cümlədən 17 mindən artıq uşaqların həlak olması" qınanılır.

Sənəd səs çoxluğu ilə (108 ölkə lehinə, 17 əleyhinə, 58 bitərəf) qəbul edilib. Bununla yanaşı, o, qətnaməni dəstəkləyən bəzi ölkələr qeyd ediblər ki,qətnamənin mətni balanslaşdırılmayıb. Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəəfəri qeyd edib ki, qətnamə Ər-Riyad və onun müttəfiqlərinin Suriyanın məhvinə yönəlmiş kampaniyasının tərkib hissəsinə çevrilib.

İclasda Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin müşaviri Olqa Mozolina bildirib ki, bu qətnamə münaqişənin həlli istiqamətində beynəlxalq ictimaiyyət tərəfindən Astanada göstərilən cəhdlərə zərbə vurur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti