...

Sərnişin elə qışqırdı ki, təyyarə məcburi eniş etdi - Çində

Dünya xəbərləri Materials 15 Noyabr 2017 14:52 (UTC +04:00)
Çinin "Sichuan Airlines" aviaşirkətinə məxsus təyyarə məcburi eniş edib.
Sərnişin elə qışqırdı ki, təyyarə məcburi eniş etdi - Çində

Bakı. Trend:

Çinin "Sichuan Airlines" aviaşirkətinə məxsus təyyarə məcburi eniş edib.

Trend-in məlumatına görə, təyyarə ekipajının məcburi enişetmə barədə qərar qəbul etməsinin maraqlı səbəbi olub. Belə ki, təyyarədə olan 22 yaşlı gənc yorğun olduğu üçün hallyüsinasiyalara qapılıb və qəflətən yerindən sıçrayaraq təyyarənin girov götürülməsi barədə qışqırmağa başlayıb.

Gənc "Məni girov götürürlər! Onların əlində biçaq və silah var!" deyə qışqırıb.

Təyyarədəkilərin onu sakitləşdirmək cəhdləri boşa çıxıb və təyyarə məcburi eniş edib.

Çanşa aeroportunda həmin sərnişin reysdən uzaqlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti