...

Zimbabve pezidenti istefaya getməkdən imtina edib

Dünya xəbərləri Materials 16 Noyabr 2017 20:52 (UTC +04:00)
Zimbabve pezidenti Robert Muqabe hərbçilərlə danışıq zamanı istefaya getməkdən imtina edib.
Zimbabve pezidenti istefaya getməkdən imtina edib

Bakı. Trend:

Zimbabve pezidenti Robert Muqabe hərbçilərlə danışıq zamanı istefaya getməkdən imtina edib.

Trend-in məlumatına görə, ölkənin hərbi qüvvələrinə yaxın mənbə deyib ki, pezident bununla vaxt udmaq istəyir.

Qeyd edək ki, noyabrın 14-də axşam saatlarında hərbçilər ölkədə əsas obyektləri nəzarət altına alıblar. Növbəti gün Muqabe və onun xanımı Qreys saxlanılıb. Hazırda onların prezident iqamətgahında ev dustaqlığında olduqları bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti