...

ABŞ hərbçilərinə spirtli içkini qadağan etdi

Dünya xəbərləri Materials 20 Noyabr 2017 10:58 (UTC +04:00)
Amerika Birşəmiş Ştatları Silahlı Qüvvələrinin komandanlığı Yaponiyanın Okinava adasında yerləşdirilmiş hərbçilərə alkoqol istifadəsini qadağan edib.
ABŞ hərbçilərinə spirtli içkini qadağan etdi

Bakı. Trend:

Amerika Birşəmiş Ştatları Silahlı Qüvvələrinin komandanlığı Yaponiyanın Okinava adasında yerləşdirilmiş hərbçilərə alkoqol istifadəsini qadağan edib.

Trend-in məlumatına görə, buna səbəb bazar günü adadda amerikalı hərbçinin iştirakı ilə baş vermiş yol qəzası olub. Belə ki, Amerika Silahlı Qüvvələrinə məxsus yük maşınını idarə edən içkili hərbçi yerli sakinin idarə etdiyi avtomobili vurub.

Yerli polisin verdiyi məlumata görə, amerikalı hərbçinin idarə etdiyi avtomobil qırmızı işıqda yolu keçib. Nəticədə baş vermiş yol qəzasında yaralanmış 60 yaşlı Yaponiya vətəndaşı aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti