...

Meksikada yaşayış evləri torpağın altına gedib (VİDEO)

Hadisə Materials 23 Noyabr 2017 13:33 (UTC +04:00)
Meksikanın Monterrey şəhərində bir neçə yaşayış evi çuxura çöküb
Meksikada yaşayış evləri torpağın altına gedib (VİDEO)

Bakı. Trend:

Meksikanın Monterrey şəhərində bir neçə yaşayış evi çuxura çöküb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 1 nəfər həlak olub, 3 nəfər itkin düşüb.

Qeyd olunur ki, çökəkliyə azı 3 ev çöküb.

Şəhər rəhbərliyi bu evlərin bir neçə həftə əvvəl köçürüldüyünü bildirib. Bu səbəbdən hadisə vaxtı sakinlərin orada necə peyda olmaları aydınlaşdırılır.

Hazırda hadisə yerində xilasetmə işlər aparılır.

Xəbər lenti

Xəbər lenti