...

Ermənistan ordusunda 2 əsgər özünə qəsd edib

Dünya xəbərləri Materials 23 Noyabr 2017 16:04 (UTC +04:00)
Ermənistan ordusunda zabitlər də qarşılıqlı münasibətləri kobud şəkildə pozur, tabeçiliklərində olan hərbi qulluqçulara qarşı fiziki güc tətbiq edir, nalayiq söyüşlərlə təhqir edirlər
Ermənistan ordusunda 2 əsgər özünə qəsd edib

Bakı. Samir Əli - Trend:

Ermənistan ordusunda zabitlər də qarşılıqlı münasibətləri kobud şəkildə pozur, tabeçiliklərində olan hərbi qulluqçulara qarşı fiziki güc tətbiq edir, nalayiq söyüşlərlə təhqir edirlər.

Trend ermənilərin sosial şəbəkələrdə paylaşdıqları statuslara əsasən xəbər verir ki, bu günlərdə bölüyün gənc əsgərləri Robert Ayvazyan və Karen Hakopyan zabitlər tərəfindən məruz qaldığı təhqirlərə dözməyərək qəsdən özlərinə xəsarət yetirib, müqavilə əsasında xidmət edən Armen Yeğazaryan isə onu söyən zabiti döyüb. Tabor komandiri Robert Hambartsumyan tərəfindən döyülən əsgər isə hərbi hissənin tibb məntəqəsinə yerləşdirilib.

Baş verən hadisələrlə bağlı hərbi polis tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti