...

"Toyota" avtomobilləri geri çağırıb

Dünya xəbərləri Materials 30 Noyabr 2017 22:09 (UTC +04:00)
"Toyota Motor" şirkəti Rusiyada 9,3 mindən çox "Hilux" avtomobilini geri çağırıb
"Toyota" avtomobilləri geri çağırıb

Bakı. Trend:

"Toyota Motor" şirkəti Rusiyada 9,3 mindən çox "Hilux" avtomobilini geri çağırıb.

Trend-in məlumatına görə, bu qərar avtomobillərin təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2011-ci ilin sentyabrından 2014-cü ilin noyabrınadək Rusiyada satılmış pikap modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti